Nizami Kino Mərkəzində "Hadi İnşallah" filminin qala – gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya, Pucca adlı qızın həyatından bəhs edir. 4 il
Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca, İzmirə ailəsinin yanına qayıdır. Gəlməyən telefon zənglərini gözləyərkən özünə və evə qapanan gənc qadın çətin ayrılıq yaşamaqdadır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşünə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı "Pekmez" ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur.
Nəzərinizə çatdıraq ki, Qala–gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak ediblər.
Filmi izlədikdən sonra media üçün mətbuat konfransı keçirilib. Konfransda Burat Boz, Büşra Pekin və Ali Taner Baltacı iştirak edib.
Qeyd edək ki, daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB