“Park Inn by Radisson Azerbaijan” mehmanxanası Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına qoşuldu

“Park Inn by Radisson Azerbaijan” mehmanxanası Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına qoşuldu

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı getdikcə artmaqdadır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, belə ki, ölkənin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu "Park Inn by Radisson Azerbaijan" mehmanxanasını öz üzvləri sırasına qəbul edib.

Büro ilə əldə olunan razılaşma ilə bağlı danışarkən "Park Inn by Radisson Azerbaijan" mehmanxanasının nümayəndəsi uğurlu əməkdaşlığa başladıqlarına inandığını qeyd edib.

Azərbaycan Konqreslər Bürosu ilə qurulan əlaqələrdən məmnunluq ifadə edərək "Park Inn by Radisson Azerbaijan" nümayəndəsi tərəfindən bildirilib ki, belə bir uğurlu və məhsuldar əməkdaşlıq öz növbəsində Azərbaycanda biznes turizm bazarının inkişafına dəstək olacaq.

"Park Inn by Radisson Azerbaijan" mehmanxanasının bu əməkdaşlıqla bağlı gözləntiləri haqqında danışılarkən isə qeyd edilib ki, hal-hazırda "Park Inn by Radisson Azerbaijan" mehmanxanası ölkənin turizm bazarı iştirakçılarına geniş çeşidli MİCE təsisləri təklif edən yeganə 4 ulduzlu beynəlxalq mehmanxana brendidir.

Şəhər mərkəzində mükəmməl mövqedə yerləşən "Park Inn by Radisson Azerbaijan" mehmanxanasının otaqlarından Bakı limanına və İçərişəhərə gözəl mənzərə açılır. Bu mehmanxana Bakı şəhərinin işgüzar və əyləncə məntəqələrinin mərkəzində olmaqla əsas tarixi abidələr və şəhərin görməli yerlərinə piyada yürüş məsafəsində yerləşir.

Mehmanxanada Xəzər dənizi və Bulvara bənzərsiz mənzərəsi olan 248 geniş və işıqlı otaq, tam təhcizatlı biznes mərkəzi, Dan Ulduzu banket zalı, 5 müasir konfrans otağı və rahat restoranlar yerləşir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsidir. Büronun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətədavamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir.

Qeyd edək ki, 2013-cü ilin sonlarından fəaliyyətə başlayan Büro Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması üçün çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə