“Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu”

“Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu”

Avropa Şurası, Belçika Hökuməti və Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu ("ERİK-arts") tərəfindən birgə təşkil olunmuş "Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu" adlı beynəlxalq layihənin Milli Müəlliflərinin Assambleyasında Azərbaycan Respublikasını milli müəllif, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin sektor müdiri Y.Hüseynli təmsil edib. SİA-nın verdiyi mlumata görə, Milli Müəlliflərin Assambleyasında Avropa Şurasının Mədəniyyət və Demokratiya bölməsinin rəsmiləri, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin nümayəndələri, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutunun ("ERİK-arts") əməkdaşları, dəvət olunmuş qonaqlar və müstəqil ekspertlər, layihənin Almaniya, Avstriya, Azərbaycan, Belçika, Birləşmiş Kralllıq, Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Hollandiya, Xorvatiya, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Malta, Keçmiş Yuqoslav Respublikası Makedoniya, Moldova, Polşa, Rumaniya, San Marino, Serbiya, Sloveniya və Yunanıstan üzrə Milli Müəllifləri iştirak edirdi.

Assambleya zamanı "Kompendiumun keyfiyyəti, yeni xüsusiyyətləri və imkanları", "Mədəniyyətin demokratik inkişafa təsiri", "Avropa mədəniyyət indeksi", "Avropada mədəniyyət və yaradıcılıq sahələrinin əsl dəyərləri" kimi mövzular ətrafında müzakirələr aparıldı. Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi "Kompendium - milli mədəniyyət konsepsiyalarının beynəlxalq mənbəsi kimi" mövzusunda məruzə-təqdimat ilə çıxış edərək mədəniyyət siyasətinin təminat mexanizmlərindən və mədəniyyət fəaliyyətinin əsas istiqamətlərindən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə