Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün cari ilin noyabr ayında maarifləndirici turlar keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı şəhərinin 12 rayonunda orta məktəblərdə təhsil alan şagirdlər üçün turlar cari ilin 09-17 noyabr tarixlərində müəyyən olunmuş qrafik üzrə 6 istiqamətdə (Gəncə- Göygöl Şəmkir, Şamaxı-İsmayıllı Qəbələ, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik, Şəki-Qax-Zaqatala və Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) həyata keçirilib.
Ekskursiya turları hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə aparılır. Turlar zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti və təbiəti, həmçinin turizm potensialı ilə yerində əyani tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB