Çisato Kusunoki Bakıda ilk dəfə çıxış edib

Çisato Kusunoki Bakıda ilk dəfə çıxış edib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq Artisti, professor Murad Kajlayevin təqdimatında "Steinway" firmasının daimi nümayəndəsi, Yaponiyanın tanınmış pianoçusu Çisato Kusunokinin konserti olub. SİA-nın verdiyi məlumata görə, konsertdən əvvəl çıxış edən görkəmli bəstəkar Murad Kajlayev 5 ildən sonra yenidən Bakıda olmağından məmnunluq duyduğunu söyləyib. Diqqətə çatdırıb ki, bu illər ərzində paytaxtımız daha da gözəlləşib.

Daha sonra konsertdə L.Betxoven, F.Şopen, Q.Qarayev, Murad Kajlayev və Fərhad Bədəlbəylinin əsərləri səsləndirilib.

Qeyd edək ki, konsert alqışlarla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə