Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin daha üç teatrına yeni baş rejissorlar təyin edib. SİA-nın verdiyi məlumata görə, nazirin əmrinə əsasən, Sərvər Əliyev Ağdam Dövlət Dram Teatrına, Musa Eyyubov Qazax Dövlət Dram Teatrına, Gəncə Teatrının keçmiş baş rejissoru Gümrah Ömər isə "YUĞ" Teatrının baş rejissoru təyin edilib.
Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə İradə Gözəlova təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB