Dekabr ayının 1-dən yanvar ayının 15-ə qədər Dövlət Gənc Tamaşaçılar Teatrında "Tamaşaya bax, kitab qazan" adlı aksiya həyata keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşriyyatının birgə layihəsi olan aksiyada teatrdan bilet alan hər bir tamaşaçı Hədəf nəşrlərindən kitab hədiyyə qazanacaq.
Aksiyanın həyata keçiriləcəyi müddətdə Dövlət Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşrləri öz məhsullarına (bilet və kitab) 30-50% endirim edəcəklər. Beləcə tamaşaçı kitab qiymətinə həm də tamaşa və yaxud tamaşa qiymətinə həm də kitab əldə edəcək.
Hörmətli tamaşaçılarımızın və oxucuların nəzərinə çatdırırıq ki, aksiyadan yararlanmaq üçün kitabevim.az mağazasından hədiyyə kuponu və kitab almağınız zəruridir. Paketin qiyməti 6 manatdır. Paketə 1 kitab və Dövlət Gənc Tamaşaçılar Teatrında axşam tamaşasına bilet əldə etmək üçün kupon daxildir. Hədəf Nəşrlərinin möhürü ilə təsdiqlənmiş kuponu Dövlət Gənc Tamaşaçılar Teatrında afişadakı tamaşanın başlanmasına 1 saat qalmışa qədər inzibatçıya təqdim edərək heç bir ödəniş etmədən tamaşa bileti alırsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB