Yeməklərimiz Moldovada təqdim olunacaq

Yeməklərimiz Moldovada təqdim olunacaq

Azərbaycanın Moldovadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə noyabrın 21-dən 25-dək Kişineuda Azərbaycan mətbəxi günləri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində Moldova paytaxtının sakinləri və qonaqları Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə yaxından tanış olacaq, Azərbaycan Milli Kulinariya Assosiasiyanın prezidenti, YUNESCO yanında profil komitənin sədri Tahir Əmiraslanovun başçılığı ilə ən yaxşı aşpazlarımızın bişirdikləri cürbəcür təamları dadacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə