Qriqoriy Leps konsert verəcək

Rusiyanın məşhur müğənnisi Qriqoriy Leps Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, konsert 3-5 dekabr, saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 30-290 manat arasında dəyişir.

Qeyd edək ki, müğənni Rusiyanın əməkdar artistidir və "İlin mahnısı" "Qızıl Qrammofon" və s. mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə