Bakıda ilk dəfə dünya estradasının ən parlaq ulduzlarından biri Lara Fabianın solo konserti olacaq. SİA-nın verdiyi məlumata görə, müğənninin Bakıda təqdim edəcəyi "Best of..." proqramı daha əvvəl böyük uğurla Nyu York "Karneqi holl"da təqdim edilib.
Lara Fabian özünün böyük musiqi qrupunun müşayiətilə canlı proqram təqdim edəcək. Pərəstişkarlar "Je t’aime", "Adagio", "Tout", "I will love again" kimi meqahitlər, hollivud filmlərindən saundtreklər, 25 il ərzində Lara Fabianın ifa etdiyi ən yaxşı mahnıları dinləyəcəklər.
Nəzərinizə çatdıraq ki, bütün yaradıcılıq fəaliyyəti dövründə müğənni 11 studiya albomu buraxıb.
Qeyd edək ki, konsert 23 noyabr, saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 40-280 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB