İrina Dubsova konsert verəcək

Bakıda ilk dəfə, ölkənin əsas səhnəsində "10 il könül səviyyəsində" yubiley turu çərçivəsində müğənni, şair və bəstəkar İrina Dubsova çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, müğənni bu yaxınlarda "Fabrika zvesd -4"də çıxış edərək tamaşaçıların diqqətini çəkib. Lakin o hadisədən artıq 10 il keçib. O vaxtdan bugünə qədər o, "Fabrika"nın qalibi, "Fabrika zvezd. Qayıdış" layihəsinin finalçısı, "X-faktor" beynəlxalq layihəsinin juri üzvlərindən biri olub.

Ötən illərdə İrina yalnız televiziya verilişlərində iştirak etməyib. O, üç solo albom buraxıb. İrina mahnı ifa etməklə yanaşı musiqi də yazır.

Qeyd edək ki, konsert 30 yanvar, saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə