ADMİU-da “Çölçü” filminin rejissoru ilə görüş keçirilib FOTO
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor Şamil Əliyevlə görüş keçirilib. SİA-nın xəbərinə görə, universitetin kinooperator ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirak etdiyi görüşdə Şamil Əliyev son layihəsi olan "Çölçü" bədii filmininin çəkilişlərindən söhbət açıb.
Rejissor tələbələrə filmin dramaturgiyasi, məzmunu, çəkiliş prosesi, üzləşdiyi problemler, onların aradan qaldırılması, eyni zamanda film haqqında yazılan rəylər barədə məlumat verib. Qeyd edilib ki, "Çölçü" bədii filmi 20-dən artıq Beynəlxalq kinofestival və forumlarda iştirak edib, çoxsaylı mükafat və diplomlara layiq görülüb.
Görüşdə Rejissor tələbələri maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, Şamil Əliyev "Nurfilm" studiyasının təsisçisi və rəhbəri, "Vətən Sərhəddən başlayır", "Bakı Avropa Litseyi istedadlar planeti", " Azərbaycan xalçası" sənədli filmlərinin və bir neçə bədii filmin rejissorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB