Azərbaycan nümayəndə heyəti Frankfurt Kitab Sərgisində iştirak edəcək
8-12 oktyabr 2014-cü il tarixdə Almaniya Federativ Respublikasının Frankfurt şəhərində keçiriləcək beynəlxalq kitab sərgisində ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil olunması məqsədilə mütəxəssislər və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Frankfurta yola düşəcək. Frankfurt Kitab Sərgisi Beynəlxalq sərgilər sırasında özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması baxımından əlamətdardır. Hər il təşkil olunan sərgiyə təqribən 250 000 ziyarətçi və bir çox ölkələrdən iştirakçılar gəlir.
Nəzərinizə çatdıraq ki, indiyə kimi bu sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmiz bir neçə dəfə təmsil olunmuş və Azərbaycan stendi istər əcnəbilərin, istərsə də orada yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının geniş marağına səbəb olmuş, çoxlu sayda ziyarətçi cəlb edib.
Builki sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 220 illik yubileyi qeyd edilən görkəmli şair Mirzə Şəfi Vazehlə bağlı müvafiq tədbirin keçirilməsi, Azərbaycan həqiqətlərini dünyaya çatdıran kitab və digər nəşr məhsullarının, habelə çox sayda turizm materiallarının nümayişinin təşkili və 2015-ci ildə paytaxtımızda keçiriləcək İlk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB