Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında oktyabrın birinci ongünlüyündə teatrda Kəmalə Ağayevanın "Göyçək Fatma", Hikmət Ziyanın "Əkiz qardaşlar", Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş "Məlikməmməd", Ələkbər Hüseynovun " Qoçaq Əhməd" və s. tamaşaları təqdim olunacaq. SİA-nın verdiyi xəbərə görə, ayın ikinci ongünlüyündə isə Əhməd Orucun "Zınqırovlu pişik", Astrid Lindqrenin "Karlson", "Min bir gecə" nağılı əsasında Nicat Kazımovun səhnələşdirdiyi "Ələddin", Eduard Qaydayın "Qoğal" və s. tamaşaları nümayiş etdiriləcək. Teatrın yaradıcı kollektivi balaca tamaşaçıları üçüncü ongünlükdə Abdulla Şaiqin "Tıq-tıq xanım", Mirmehdi Seyidzadənin "Cırtrdan", Karlo Kollodinin "Pinokkionun sərgüzəştləri" və Anar Məmmədovun "Kim daha güclüdür" kimi maraqlı tamaşalarla sevindirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB