“Yuğ” Teatrı yeni mövsümünü açıq elan etdi

Azərbaycan Dövlət "Yuğ" Teatrı yeni mövsümü Xalq Yazıçısı İlyas Əfəndiyevin pyesləri əsasında hazırlanmış "Unudulmaz Əfəndi" tamaşası ilə açıq elan edib. SİA-nın verdiyi xəbərə görə, təqdim olunan bir bölümlü tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Vidadi Həsənov, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Vüqar Hacıyevdir. Səhnə əsərində rolları əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, aktyorlar Amid Qasımov, Könül Cəfərzadə, və Vüqar Hacıyev canlandırıblar.

Qeyd edək ki, tamaşa böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə