Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Paris şəhərində "Azərbaycan şəhərciyi" adlı sərgi və digər silsilə tədbirlər keçirilir. SİA-nın verdiyi xəbərə görə, 10 gün davam edəcək tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətinin nümayişi ilə yanaşı turizm potensialına həsr olunmuş lövhə də təmsil olunur. Eyni zamanda lövhə tədbir iştirakçılarına və ziyarətçilərinə paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Həmçinin Nazirliyin sifarişi ilə hazırlanan fransız dilində "Evasion" bələdçi kitabı və "Azərbaycan mətbəxi" kitabçası qonaqlara təqdim olunur.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 23- 26 sentyabr tarixində Paris şəhərində keçiriləcək "Top Resa" beynəlxalq turizm sərgisində də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB