Gəncədəki Heydər Əliyev adına park-kompleksdəki amfiteatrda izdiham yaşanıb. SİA-nın verdiyi xəbərə görə, 4 min nəfərə yaxın tamaşaçı Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin və "Aznur" MMC-nin birgə təşkilatçılığı ilə təşkil olunmuş "Arirang" nəfəsli alətlər kvinteti maraqlı proqramı izləyib. Konsertdən əvvəl Azərbaycan dövlətinin ölkədə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açılıb, bu sahədə böyük uğurlar qazanıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqimiz, muğamlarımız xarici ölkələrdə uğurla təbliğ olunur. Xüsusilə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalları geniş əks-səda doğurur. Sonra Sakura Kindznisin, Monika Şnayderin, Yörg Şnayderin, Stefen Dilnerin və Sebastian Şindlerin kimi çalğıçıların daxil olduqları nəfəsli alətlər kvintetinin ifasında maraqlı musiqi nömrələri səsləndirilib. Böyük anşlaqla keçən konsertin sonunda tamaşaçılar maraqlı ifa üçün Almaniyanın incəsənət ustalarına minnətdarlıqlarını bildiriblər. Konsertdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə müvəkkili Volfqanq Mössinqer iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB