Caz Mərkəzində yeni mövsüm açılır

Bakı Caz Mərkəzi yeni mövsümün açılışına hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, sentyabrın 19-da Bakı Caz Mərkəzində yeni mövsümün açılışı münasibətilə qala konsert olacaq. Konsertdə əməkdar artistlərdən Tofiq Cabbarov, Ruslan Hüseynov, İsfar Sarabski, əməkdar incəsənət xadimi Cəmil Əmirov, beynəlxalq caz festivallarının iştirakçılarından Əfqan Rəsulov, Elçin Şirinov, Ülviyyə Rəhimova, Aysel Məmmədova və başqaları çıxış edəcək. Bakı Caz Mərkəzində bu mövsümdə tamaşaçıları maraqlı konsertlər, musiqiçilərin yeni layihələri, gündəlik canlı caz proqramı gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə