“Musiqi - mənəvi sərvətimizdir”

M.S.Ordubadinin xatirə muzeyi ilə Dövlət Din Tarixi Muzeyi Musiqi gününə həsr edilmiş "Musiqi - mənəvi sərvətimizdir" adlı birgə tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Üzeyir Hacıbəylinin Azərbaycan musiqisində rolu haqqında söhbət açılıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Ordubadinin yaradıcılığında musiqi", "Milli musiqi xəzinəmiz" mövzusunda məruzələr dinlənilib. Mərasimin sonunda M.S.Ordubadinin "Gülərəm gülsən" romansı, Üzeyir Hacıbəylinin "Koroğlu" üverturası , "Sevgili canan", "Sənsiz" romansları və digər musiqiləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə