Əbülfəs Qarayev ilə Alfredo Perez de Arminan arasında görüş keçirilib
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev ilə YUNESKO-nun Baş direktorunun yeni təyin edilmiş müavini Alfredo Perez de Arminan arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, nazir təyinat münasibətilə cənab A. P. De Arminanı təbrik edərək işlərində uğurlar arzulayıb. Görüşdə Azərbaycan ilə YUNESKO arasında mövcud əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Əbülfəs Qarayev Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO-nun xoşməramli səfiri Mehriban xanim Əliyevanın bu əməkdaşlığın inkişafında çox əhəmiyyətli rolunu qeyd edərək, bütün sahələrdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb. Görüşdə maddi və qeyri-maddi mədəni irs, yubileylər, Haaqa Konvensiyası və digər sahələrdə mövcud əməkdaşlığın daha da dərinləşməsinin vacibliyi vurğulanıb. YUNESKO rəsmisi isə yeni başladığı vəzifəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB