Sentyabrın 15-də Azərbaycanın YUNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qurumun mənzil-iqamətgahında eramızdan 35-34 min əvvəlki dövrə təsadüf edən ilk sivilizasiya məkanı Qobustan ilə bağlı tədbir keçiriləcək. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, tədbirdə bəstəkar Fərəc Qarayevin ibtidai icma dövründə yaşamış insanların həyatından bəhs edən " Qobustan " baleti göstəriləcək. Balet " Od", "Günəş", "Ov" və " Rəssam" adlı dörd hissədən ibarətdir.
Həmin gün 2007-ci ildə YUNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr edilən sərginin rəsmi açılışı olacaq.
Qeyd edək ki, sentyabrın 19-dək davam edəcək sərgidə qayaüstü təsvirləri, mağaraları əks etdirən fotolarla yanaşı, digər əyani vasitələr də nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB