Sentyabrın 6-da Bakıda Yaşıl Teatrda Ukraynanın əfsanəvi "Okean Elzı" qrupu geniş konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova "Okean Elzı" qrupunun Bakıdakı konsertində xüsusi qonaq olacaq.
D. Kazımovla, "Okean Elzı" qrupunun lideri Svyatoslav Vakarçuku populyar "Qolos" beynəlxalq formatlı şousu birləşdirir. 2014 ildə azərbaycanlı ifaçı Ukraynanın "1+1" telekanalında yayımlanan "Qolos krayni" layihəsinin iştirakçısı olub. İlkin seçim turunu uğurla keçən müğənni S.Vakarçukun komandasına qatılıb. Dilarə canlı efirdə "Okean Elzı" qrupunun "Bez boyu" mahnısını və Azərbaycan xalq mahnısı "Sarı gəlin"dən bir parça ifa edib.
Qeyd edək ki, 2014 ildə "Okean Elzı" qrupunun 20 illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın "ən yaxşı rok-qrupu" və "live-qrupu" kimi tanınan kollektivin Bakı konserti də böyük maraq doğuracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB