Şagirdlər üçün turların növbəti mərhələsi davam edir

Təhsildə fərqlənən 9-10-11-ci sinif şagirdləri üçün cari ilin avqust və sentyabr aylarında maarifləndirici turların növbəti mərhələsi davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Xızıdan və Sumqayıtdan olan şagirdlərin Gəncə - Şəmkir - Göygöl istiqamətində, Daşkəsəndən və Göygöldən olan şagirdlərin Quba - Qusar - Xaçmaz istiqamətində, İmişlidən və Beyləqandan olan şagirdlərin isə Şəki - Qəbələ - İsmayıllı istiqamətində turun IV mərhələsinin səyahətləri uğurla sona çatmışdır və planlaşdırılan turun V mərhələsi 19 avqust tarixində başlayıb.

Növbəti səyahət Astaradan və Lerikdən olan şagirdlərin Gəncə - Şəmkir - Göygöl istiqamətində, Gəncədən və Mingəçevirdən olan şagirdlərin Quba - Qusar - Xaçmaz istiqamətində, Ağcabədidən və Zərdabdan olan şagirdlərin isə Şəki - Qəbələ - İsmayıllı istiqamətində səyahətləri davam etdirilir.

Qeyd edək ki, tur zamanı şagirdlər turizm şirkəti tərəfindən təşkil edilmiş müxtəlif viktorinalarda fəal iştirak edirlər və viktorinaların qalibləri qiymətli hədiyyələri əldə edirlər. Eyni zamanda şagirdlər üçün Heydər Əliyev Mərkəzlərinə, Tarix-diyarşünaslıq muzeylərinə, Lahıc qəsəbəsinə, Xan Sarayına, Karvansaraya və digər görməli yerlərə ekskursiyalar keçirilir və həmçinin rayon rəhbərlikləri ilə görüşlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə