Rejissor Rövşən Almuradlının səhhətində müəyyən qədər irəliləyiş var. Bu haqda SİA-ya rejissorun özü məlumat verib: "Vəziyyətim hələlik normaldır. Həkimlər müayinə edərək infarkt diaqnozu qoydular. Ürək damarlarımda tutulma yarandığı üçün infarkt keçirdim. Amma həkimlər hələ ki, ürəyimdən əməliyyat keçirməyimə göstəriş vermədilər. Müalicəmi ev şəraitində davam etdirirəm. Amma yenə də yoxlanmaq üçün həkimə gedəcəm. Duyduğuma görə, demək olar ki, sənət dostlarımdan hamısı mənim sağlıq durumumla yaxından maraqlanıblar. Bunun üçün hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, rejissor Rövşən Almuradlının səhhəti qəfildən pisləşərək Sumqayıt şəhər 1 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB