Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib FOTO
Azərbaycanın ölməz filosof-şairi Hüseyn Cavidin "Peyğəmbər" əsəri fars dilinə tərcümə edilib. SİA-nın xəbərinə görə, Cənubi Azərbaycanın Urmiya şəhərindən olan tədqiqatçı və şair Əkbər Həmidi Əlyar böyük ədibin mənzum əsərlərindən olan "Peyğəmbər"i fars dilinə tərcümə edib və AMEA Hüseyn Cavidin Ev Muzeyinə, eləcə də muzeyin direktoru Gülbəniz Babaxanlıya öz imzası ilə hədiyyə edib.
Gülbəniz Babaxanlı bildirib ki, Əkbər Əlyarın fars dilini və Azərbaycan türkcəsini mükəmməl bilməklə yanaşı dərin fəlsəfi düşüncəsi onu deməyə əsas verir ki, o "Peyğəmbər"i məhz Cavidin çatdırmaq istədiyi gözəllikdə fars dilli oxuculara təqdim etmək iqtidarındadır.
Qeyd edək ki, bu əsər fars dilində Cavidin ən birinci tərcümə və çap edilən əsəri sayılır. İftixarla deyə bilərik ki, artıq Muzeydə Hüseyn Cavid irsinin təbliği sayəsində Şərqə doğru da mühüm addımlar atılmaqdadır.
Ötən gün AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən tədqiqatçı və şair Əkbər Əlyar bildirib ki, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcəkdir. Bu, H.Cavidi İranda daha geniş tanıdacaq və bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB