Doktor Ahmed Sami Abdelfattah Elaydy Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinə yeni rəhbər təyin olunub. SİA-nın verdiyi məlumata görə, Misirin Ayn-Şəms Universitetini fərqlənmə diplomu ilə bitirən Ahmed Sami Abdelfattah Elaydy 2006-cı ildə həmin universitetin türk dili şöbəsində "Qaçaq Nəbi dastanı" mövzusunda magistr dissertasiyası müdafiə edib.
Müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edən Ahmed Sami Azərbaycan dili və ədəbiyyatına həsr edilmiş 30-dan çox məqalənin müəllifidir. Bundan başqa o, bir sıra tanınmış müəlliflərin əsərlərini - Kamal Abdullanın "Yarımçıq əlyazma", Vaqif Sultanlının "İnsan dənizi", eləcə də "Xocalı: XX əsrin soyqırımı"nı Azərbaycan dilindən ərəb dilinə, Nobel mükafatı laureatı Nəcib Məhfuzun "Liderin qətl günü" romanını isə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib.
Qeyd edək ki, 2010-cu ildə Bakı Dövlət Universitetində doktorluq dərəcəsi alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB