Oğuz rayonunun təsərrüfatlarında payızlıq taxıl səpini üçün yay şumuna başlanılıb. SİA-nın verdiyi məlumata görə, qısa müddətdə təsərrüfatlarda 2 min hektaradək sahədə yay şumu aparılıb və bu iş mütəşəkkil davam etdirilir.
Bu il rayonda gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır.
Səpin üçün 3336 ton toxum fondu yaradılıb. Cari mövsümdə rayonun taxılçıları 17047 hektar taxıl sahəsindən 33124 ton məhsul əldə ediblər.
Təsərrüfatlarda yazlıq bitkilərin yığımı da mütəşəkkil davam etdirilir. Məhsul istehsalçıları 2434 ton kartof, 1842 ton tərəvəz, 58 ton bostan məhsulları istehsal edib, bağlardan 473 ton meyvə toplayıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB