Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə uyğun olaraq Şəki şəhərində Oğuz, Qax, Zaqatala və Balakən rayonlarını əhatə etməklə Azərbaycanın qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği və bərpası məqsədilə "Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri" mövzusunda qoruq və tarixi abidələr üzrə müfafizlər üçün seminar- treninq öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, seminar treninqlər uşaq nicəsənət məktəbinin akt zalında keçirilir və avqustun 9-dək davam edəcək.
Seminar treninqi giriş sözü ilə açan Şəki mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova qonaqları salamlayaraq belə bir tədbirin keçirilməsi üçün məkan olaraq Şəkinin seçilməsinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinə öz minnətdarlığını bildirib. Sonra o, sözü mərkəzin direktoru Ramazan Şabanova verdi. R.Şabanov seminar treninqin təşkilinin səbəb və məqsədləri barədə ətraflı məlumat verərək, treninqin tədris proqramı ilə dinləyiciləri tanış etdi və məşğələlərin keçirilmə qaydası haqqında açıqlama verib.
Sonda çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs şöbəsinin sektor müdiri Könül Cəfərova bildirdi ki, son vaxtlar ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunmasına, bərpasına və təbliğinə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Ümid edirik ki, Şəkidə keçirilən seminar treninq də ölkəmizdə tarix və mədəniyyət abidələrimizin mühafizə və təbliği işi ilə məşğul olan şəxslərin nəzəri və təcrübi biliklərinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaqdır və müxtəlif rayonlardan olan mütəxəssislər öz aralarında səmərəli təcrübə mübadiləsi apara biləcəkdirlər.
Müddət ərzində seminar treninqə cəlb olunmuş dinləyicilər üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin əməkdaşları tərəfindən mühazirələr oxunacaq.
Dinləyicilərin Şəki şəhəri və rayonu ərazisində mövcud olan tarix-mədəniyyət abidələrinə ekuskursiyalarının da təşkil olunacağı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB