“Eurovision-2015”-ə ev sahibliyi edəcək şəhər müəyyən edilib

“Eurovision-2015”-ə ev sahibliyi edəcək şəhər müəyyən edilib

"Eurovision-2015" mahnı müsabiqəsinə Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək. SİA-nın verdiyi məlumata görə, bu seçim Avstriyanın ORF İctimai Yayım Şirkəti tərəfindən həyata keçirilib.

Nəzərinizə çatdıraq ki, mahnı müsabiqəsinin keçirilməsinə dair Avstriyanın Qrats, İnsbruk və Vyana şəhərləri iddialı olub. Şirkətin baş direktoru Aleksandr Vrabets bildirib ki, Avropanın musiqi və incəsənət ürəyi olan Vyanada "Eurovision" mahnı müsabiqəsinin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə