Səbuhi İbayev: "Qəbələ Beynəlxalq Musiqi Festivalından zövq almamaq mümkün deyil"
Qəbələ Beynəlxalq Musiqi Festivalından zövq almamaq mümkün deyil. Çünki bu möhtəşəm incəsənət bayramı ildən-ilə daha da təkmilləşərək ötən 6 il ərzində dünyada kifayət qədər tanınıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu möhtəşəm festival çərçivəsində bizim muğamlarımızın tanıdılması üçün də geniş imkanlar yaradılıb.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla davam edən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, xanəndə, Əməkdar Artist, Prezident mükafatçısı Səbuhi İbayev müsahibəsində deyib.
Səbuhi İbayev yerli və xarici qonaqların iştirakı ilə keçirilən bu konsert axşamında muğam və xalq mahnılarını təqdim etdiyini bildirib. O deyib ki, biz həm öz tamaşaçılarımıza, həm də xaricdən gələn qonaqlara Azərbaycan muğamının öz zənginliyi ilə insanları hər zaman heyrətləndirdiyini göstərə bildik. Tamaşaçılar bir daha Azərbaycan muğamlarının dünyada özünəməxsusluğu ilə seçilməsinin şahidi oldular.
Əməkdar Artist Səbuhi İbayev musiqi festivalında muğama xüsusi yer verən, bu sahənin geniş təbliği və dünyada tanıdılması üçün daim mühüm işlər görən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB