MTN monitorinqlər keçirir

Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlər keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu il monitorinqlər 3 mərhələdə keçirilir. Birinci mərhələ üzrə 31.03.2014 - 29.04.2014 tarixlərində Bakı-Abşeron bölgəsində keçirilib. İkinci mərhələ üzrə monitorinqlər hazırda 23.06.2014 - 22.07.2014 tarixinədək respublikamızın digər regionlarında həyata keçirilir. Növbəti monitorinqlər isə yay mövsümündən sonra 15.10.2014 - 13.11.2014 tarixlərində Bakı-Abşeron bölgəsində davam etdirilməsi nəzərdə tutulub.

Monitorinqlər zamanı turizm obyektlərində aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə obyekt rəhbərlərinə xəbərdarlıqlar edilmiş və bununla bağlı müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə