Bakıda ilk dəfə, Rus Dram teatrının səhnəsində Efim Şifrinin "Şifrinizm –New" konserti baş tutacaq. SİA-nın məlumatına görə, Efim Şifrin 1977-ci ildən səhnədə çıxış edir. Onun ilk rolu MDU-nun tələbə teatrında olub. Teatr və kino aktyoru, müğənni və ifaçı, yazıçı, 1990-cı ildən öz teatrının bədii rəhbəri, bir çox mükafatların sahibidir.
Qeyd edək ki, Efim Şifrinin konserti 8-9 noyabr, saat 19:00-da Rus Dam Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti 20-38 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB