Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyul ayının 8-də Xaçmaz rayon Mədəniyyət Sarayında 86-cı teatr mövsümünə yekun vuracaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyun ayının 29-dan Respublikamızın bölgələrinə qastrol səfərindədir. Artıq Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax və Goranboy rayonlarında Milli dramaturgiyamızın banisi M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyası ilə uğurla çıxış edən kollektiv hazırda Mingəçevir Dövlət Dram Teatrında qastrol səfərini davam etdirməkdədir.
Qeyd edək ki, qastrol səfəri "Azərbaycan Teatrlarının inkişafı haqqında" Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB