Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar xalq artisti Rasim Balayev və rejissor Rövşən Almuradlının nazirliklə bağlı səsləndirdiyi fikirlərə cavab gəlib. SİA-nın məlumatına görə, nazirlik heç kimin yaradıcılıq fəalyiyyətində qadağa qoymayıb. Bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: "Mədəniyyət və Turizm Nazirliyi heç kimin fəaliyyətinə embarqo qoymayıb. Nazirlikdə bu məsələlərlə bağlı heç kimə qadağa ola bilməz. Teatrlar fəaliyyətini, tamaşalarını özləri müəyyənləşdirir. Teatrların müəyyənləşdirdiyi proqramların ən yaxşıları dövlət tərəfindən maliyyələşdirilir. Yerdə qalan layihələr teatrların daxili imkanları hesabına səhnələşdirilir. Hansı rejissora hansı tamaşanın verilməsi Bədii Şuranın işidir. Mən teatra deyə bilmərəm ki, sən filan rejissora tamaşa ver, başqa rejissora vermə. Siz elə bilirsiniz ki, nazirliyə yalnız bu iki adamın müraciəti daxil olur? Yüzlərlə insan təkliflər irəli sürür, müraciət edir. Biz heç bir aktyorun və rejissorun fəaliyyətinə embarqo qoymamışıq. Müraciətlərdə kimsə müsbət, kimsə mənfi cavab ala bilər. Burda hər hansı təzyiqdən və ədalətsizlikdən söhbət gedə bilməz. Onu da deyim ki, Rövşən Almuradlı ilə görüşmüşük. Müəyyən fikir mübadiləsi apardıq və bu proses gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB