Azərbaycan teatrının üzvü olduğu beynəlxalq qurumda yeniliklər

Azərbaycan teatrının üzvü olduğu beynəlxalq qurumda yeniliklər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildən üzvü olduğu Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasında (ASSİSTEJ) bəzi kadr dəyişiklikləri baş verib. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Varşavada ASSİTEJ-in 18-ci dünya konqresi keçirilib. Konqresdə qurumun İcraiyyə Komitəsinin 2011-2014-cü illərdə fəaliyyətini əhatə edən məsələlər müzakirə edilmiş, hesabatlar dinlənilib. Eyni zamanda gələcək illərdə keçiriləcək mühüm beynəlxalq teatr tədbirlərinin tarixləri açıqlanıb.

Korczak Beynəlxalq uşaq və gənclər teatrları festivalı çərçivəsində ASSİTEJ–in Polşa Milli Mərkəzinin təşkilatçılığı ilə Varşavanın Elm və İncəsənət Sarayında baş tutan konqresdə 50-dən çox ölkənin nümayəndələri iştirak ediblər.

Konqresdə səsvermə yolu ilə 2014-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni üzvləri seçiliblər. Ivetta Hardi səs çoxluğu ilə yenidən Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının prezidenti seçilmiş, 6 İcraiyyə Komitəsinin üzvü qalmaqla, bu quruma daha 6 üzv əlavə edilib.

Qeyd edək ki, Marisa Ximenes Kaço ASSİTEJ–in yeni baş katibi seçilmiş, baş katibliyin ofisi Zaqrebdən Mexikoya köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə