1801 - Qahirədəki işğalçı fransız ordusu türk ordusuna təslim olub.
1861-ci ildə Osmanlı padşahı Sultan I Əbdülməcid vəfat edib.
1903-cü ildə Mariya Küri Paris Universitetinə təqdim etdiyi tezislərində radiumu kəşf etdiyini açıqlayıb
1903-cü ildə yazıçı Corc Oruell anadan olub.
1907 - Azərbaycanın xalq artisti Sona Hacıyeva (1907-1979) anadan olub.
1923-cü ildə Mustafa Kamal Atatürk İzmirdən millət vəkili seçilib.
1932-ci ildə rəssam Piter Bleyk anadan olub.
1950-ci ildə Şimali Koreya ordusu Cənubi Koreya üzərinə hücuma keçib və Koreya Muharibəsi başlayıb.
1963-cü ildə müğənni Corc Maykl dünyaya gəlib.
1975-ci ildə rus şahmatçısı Vladimir Kramnik anadan olub.
1987 - Sov.İKPMK-nın plenumu "yenidənqurma" ("perestroika") haqqında qərar qəbul edib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. "Yenidənqurma" siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.
1991-ci ildə Sloveniya ve Xorvatiya müstəqilliklərini elan ediblər.
1992 - İstanbulda Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Yeni regional təşkilatın yaradılması barədə "İstanbul bəyannaməsi"ni 10 ölkənin başçısı, o cümlədən Azərbayjan prezidenti Əbülfəz Elçibəy imzalayıb.
1993-cü ildə Azərbaycan alimi Əhədzadə Hüseyn vəfat edib.
1993-cü ildə Tansu Çillər Türkiyənin ilk qadın baş naziri olub.
1996 — Azərbaycan Respublikası Peru ilə diplomatik əlaqələr qurub.
1997-ci ildə fransız dəniz səyyahı Jak-İv Kusto vəfat edib.
2005 - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə ilk dəfə olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri Bakı səması üzərində nümunəvi uçuşlar və yüksək pilotaj nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB