30 iyun tarixində Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin Müasir İncəsənət Qalereyasında Azərbaycan Respublikasının əməkdar rəssamı, SSRİ rəssamlar ittifaqının üzvü, görkəmli rəssam Nazim Babayev və tanınmış rəssam Faiq Abdullayevin fərdi yaradıcılıq sərgisi keçiriləcək.
Sərgi 5 iyul tarixinə qədər davam edəcək.
Nazim Babayev Azərbaycan Respublikasının əməkdar rəssamı 1936-cı ilin baharında Gəncədə sənətkar ailəsində anadan olub. Azərbaycanın görkəmli rəssamları Böyükbəy Əlyarbəyli, Hafiz Məmmədovun tələbəsi olub. O, SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1958-ci ildə Gəncədə ilk fərdi sərgisi açılıb. Sonralar Bakıda, Moskvada fərdi sərgiləri ilə tamaşaçı qarşısında hesabatlar verib. Çox keçməyib əsərləri Budapeştdə, Türkiyənin bir çox şəhərində sərgilənib.Hazırda əsərləri dünyanın müxtəlif şəhərlərində yaşayan sənət sevərlərin evlərini, muzeyləri bəzəyir. Dəyərli ömründən ən böyük bələdçisi isə sevimli fırçası və al-əlvan palitrası olub.
Faiq Abdullayev 1945-ci ildə Gəncə şəhərində anadan olub. Rəssamlıq təhsilini Leninqrad Dövlət Rəssamlıq akademiyasında alıb. Əsərləri Gəncə Dövlət Rəsm qalereyasında, Nizami Gəncəvi adına Dövlət Tarix-Diyarçünaslıq muzeyində və Azərbaycanın digər muzeylərində sərgilənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB