Silahlı Qüvvələri Günü münasibətilə tədbirlər keçiriləcək

Silahlı Qüvvələri Günü münasibətilə tədbirlər keçiriləcək

Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbirlər keçiriləcək. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına əsasən, iyunun 22-dən 26-dək Nəsimi, Səbail, Yasamal, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ, Xətai, Nizami, Xəzər, Nərimanov rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində sərgi, söhbət, ədəbi-bədii gecə, "dəyirmi masa" təşkil olunacaq.

Tədbirlər "Müsəlləh əsgərəm mən də bu gündən", "Vətən məni çağırır", "Azərbaycan əsgərinə eşq olsun", "Ordusu güclü olan dövlət basılmaz", "Hərb sözümüz, hərb gücümüz!", "Ordu xalqın müstəqillik simvoludur", "Ordun varsa, yurdun var" və digər bu kimi mövzuları əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə