Azərbaycan beynəlxalq teatr festivalında təmsil olunur

Azərbaycan beynəlxalq teatr festivalında təmsil olunur

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Rusiya Federasiyasının Serqiyev Posad şəhərində keçirilən "U Troitsı" Beynəlxalq teatr festivalında iştirak edir. SİA-nın məlumatına görə, festival Serqi Radonejskinin 700 illik yubileyinə həsr olunub. Beynəlxalq festivalda kollektiv Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda M.Lermontovun "Maskarad" pyesi əsasında hazırladığı tamaşanı təqdim edəcək. Əsərin qəhrəmanı Yevgeni Arbeninn rolunu Aleksandr Şarovski oynayır.

Bu il dünyada M.Lermontovun 200 illik yubileyi qeyd olunur və sözügedən tamaşa görkəmli şairə həsr edilib. Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artist Natalya Şarovskaya, aktyorlar Olqa Arsentyeva, Mariya Dubrovitskaya, Maqsud Məmmədov və başqaları ifa edirlər.

Qeyd edək ki, "Maskarad" tamaşasının qastrolları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə