Şəkidə II respublika müsabiqəsinin ilkin baxışı keçirilib

Şəkidə II respublika müsabiqəsinin ilkin baxışı keçirilib

Şəki Musiqi Kollecində görkəmli tarzən Əhsən Dadaşovun anadan olmasının 90 illiyinə həsr olunan milli musiqi alətləri ifaçılarının II respublika müsabiqəsinin ilkin baxışı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Milli Konservatoriyası və "M Group Production"ın birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə tar, kamança, qanun, ud və milli nəfəs alətlərinin ifaçıları iştirak edirlər. İndiyədək Gəncə şəhəri və Ağdam rayonunda ilkin baxışlar keçirilib.

Müsabiqənin Şəkidə keçirilən ilkin baxışında 32 ifaçı iştirak edib. İştirakçılardan 10 nəfər, o cümlədən 5 tar, 2 kamança və 3 nəfər milli nəfəs aləti ifaçısı müsabiqənin birinci turuna vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin yekun turu bu ilin payızında Bakı şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə