İnsan hüquqlarına dair keçirilmiş qısametrajlı filmlər müsabiqəsinin qalibi müəyyənləşib
Gənclər arasında İnsan hüquqlarına dair keçirilmiş qısametrajlı filmlər müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Ombudsman aparatının hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə, drammaturq Əli Əmirli, "Addım" təşkiatının təsisçisi Hüseyn Cavadzadə, müsabiqənin iştirakçıları, media nümayəndələri və başqaları iştirak ediblər.
18 iyun - Milli İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə əvvəlcə layihə ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışılmış, müsabiqənin əhəmiyyəti yüksək qiymətləndirilib. Qısametrajlı filmlərin çəkilməsinin çətinliyini xüsusi vurğulayan natiqlər Azərbaycan gənclərinin kreativ düşüncəyə malik olduğunu və bundan sonra da bu istiqamətdə layihələrin həyata keçirilməsinin vacibliyini bildiriblər. Həmçinin hazırlanmış qısametrajlı maarifləndirmə filmlərinin sosial şəbəkələrdə yayılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonra filmlər nümayiş etdirilib.
Müsabiqənin qalibi Orxan Cahangir olub. Cavanşir Eladsoy ikinci, Namiq Zeynalov isə üçüncü yerə layiq görülüblər.
Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunub.
"Addım" təşkilatının və münsiflərin ən çox bəyəndiyi film isə Leyla Səfərin çəkdiyi "Fəridin həyatı" adlı qısametrajlı film olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, "Addım" Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə apreldə Bakıda insan hüquqları sahəsinə aid mövzularda təlim kursu keçirilib. Təlimdə rayon və şəhərlərdən seçilmiş 50 fəal gənc iştirak edib. Tədbirin fərqləndirici xüsusiyyəti iştirakçıların yaradıcı gənclər arasından seçilməsi və təlimin gedişi zamanı onların insan hüquqları sahəsinə aid mövzularda qısametrajlı videolar və sosial çarxlar üçün ssenarilər yazmaları olub. Təlim kursunun davamı olaraq iştirakçılar çəkilişlər aparmış və qısametrajlı filmlər hazırlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB