Anar yenidən AYB sədri seçilib

Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib. SİA-nın məlumatına görə, AYB-nin bu gün keçirilən XII qurultayında Anarın sədrliyə namizədliyi Fikrət Qoca tərəfindən irəli sürülüb.

Qurultay nümayəndələri yekdilliklə Anarı növbəti müddətə AYB sədri postuna seçiblər.

Qeyd edək ki, Anar Rzayevin sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə