“Parlaq Zəka” intellekt şousunun 1/4 final mərhələsinin beşincı qalibi müəyyən olub FOTOLAR
"Parlaq Zəka" intellekt şousunun beşincı 1/4 final mərhələsinin oyunu keçirilib. SİA-nın məlumatına görə, bu həftə zəkalar qüvvələrini "Hüseyn Cavid" mövzusunda sınayıb. Qırmızı yolda Mərziyyə Əskərzadənin, sarı yolda Eşqin İbrahimovun, yaşıl yolda Emil Yusublunun yarışdığı bu oyunda yarımfinalda yarışmaq şansını Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Eşqin İbrahimov əldə edib. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə görə layihənin Eşqin İbrahimovun bu qələbəsi heç də gözlənilməz olmadı, çünki o, iddiaçılar arasında olduğu zaman belə zəka meydanında cavablandırılmayan sualları kifayət qədər aktivliklə cavablandırıb.
Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.
.jpg)

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB