"Şahdağ Qış-Yay Turizm Kompleksində 2 yeni kinoteatr tikiləcək. Bununla da istirahətə gələn insanlar asudə vaxtlarını səmərəli keçirə biləcəklər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Azərbaycanda kinoteatrların vəziyyətindən danışan nazir qeyd edib ki, "Nizami" Kino Mərkəzi son illər maraqlı işlər həyata keçirir: "Ora gələn insanların, xüsusilə də gənclərin sayında artım nəzərə çarpır. Təbii ki bu çox gözəl nümunədir. Lakin dünyada kino yayımı biznes istiqamətində olan məsələdir. Biz kömək edəcəyik ki, kino işi genişlənsin, yayılsın, inkişaf etsin. Amma kino yayımı dövlətin işi deyil. Bu, prodüserlərin, yayım təşkilatlarının işidir. Onlar kino istehsalçılarından yayım hüquqlarını alıb yayırlar və bundan gəlir əldə edirlər. Lakin biz unutmamalıyıq ki, Azərbaycan kinosu istehsal olunur. Onun yayımını biz təmin edirik və bu gün "Azərbaycan" kinoteatrında bir zal məxsusi olaraq Azərbaycan filmləri üçün işləyir. Mədəniyyət evlərinin tikildiyi bütün regionlarda kino yayımı üçün müvafiq avadanlıqlar qururuq. Həmin mədəniyyət mərkəzlərində Azərbaycan filmlərinin nümayişi, təbliğatı prosesini davam etdiririk. Bu belə də olacaq. Kinoteatrlarda xarici filmlərin yayımına gəlincə, bu özəl qurumların işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB