Fransada azərbaycanlı pianoçunun adına beynəlxalq müsabiqə keçirilib
Fransada azərbaycanlı pianoçu Adilə Əliyevanın adına 9-cu beynəlxalq müsabiqə keçirilib. Hər iki ildən bir Qayar şəhərində keçirilən müsabiqə Fransa hökumətinin və müxtəlif sponsorların dəstəyi ilə təşkil olunub. SİA-nın məlumatına görə, müsabiqədə ABŞ, Avropa ölkələri, Braziliya, Yaponiya, Koreya Respublikası, Çin və digər ölkələrin musiqiçiləri iştirak etmişlər. Adilə Əliyevanın rəhbərliyi ilə tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti 255 səs yazısı arasından 36 nəfəri seçərək yarımfinal və finalda iştirak etmək üçün Qayara dəvət ediblər.
Beynəlxalq müsabiqənin qalibləri bir çox tanınmış müsabiqələrin laureatlarıdır. Müsabiqənin laureat və diplomantları Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, həmçinin Azərbaycanın istedadlı pianoçuları olublar.
Yekun konsertdə Qayar şəhərinin meri, Fransa parlamentinin deputatları, Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri iştirak ediblər. Müsabiqə Fransa, İsveçrə, Rusiya mətbuatında geniş işıqlandırılıb.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti, istedadlı pianoçu Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olmuş, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB