Gəncədəki mərkəzi kitabxananın fondu yeni nəşrlərlə zənginləşir. Bu günlərdə kitabxanaya daha 300 adda yeni kitab gətirilib və oxucuların bu barədə məlumatlandırılması üçün sərgi təşkil edilib. SİA-nın məlumatına görə, gətirilən nəşrlər içərisində Məhsəti Gəncəviyə aid olan kitabın xüsusi yeri vardır. Müəllifi tanınmış alim, yazıçı-publisist Rafael Hüseynov olan bu kitab 13 dilə tərcümə edilib.
Bundan əlavə, yeni kitablar arasında Azərbaycan teatr antologiyası, xalq yazıçısı Elçinin əsərlərinin yeni nəşri və ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablar da özünə yer alıbv. Elxan Elatlının, Çingiz Abdullayevin və Varisin əsərləri də oxucuların ixtiyarına verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB