Azərbaycana elmi ezamiyyətə gəlmiş ABŞ-ın Nyu-York Universitetinin professoru Bryus Qrant Cəlil Məmmədquluzadənin ev-muzeyində olub. Muzeydən SİA-ya verilən məlumata götrə, "Molla Nəsrəddin" jurnalının tarixi mövzusunda araşdırmalar aparan alim muzeyin ekspozisiyası ilə tanış olmuş və əməkdaşların məlumatlarını dinləyib.
Bryus Qrant muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Pərixanım Mahmudovanın "Molla Nəsrəddin" jurnalı haqqında verdiyi məlumatları maraqla qarşılaıb. Qonaq tədqiqat işi ilə əlaqədar bir daha muzeyə dönəcəyini demiş və buradan böyük təəssüratla ayrıldığını bildirib. O, Muzeyin rəy və təkliflər kitabına xoş sözlər yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB