Nurəddin Mehdixanlı: “Onu heç vaxt qızım kimi qəbul etməyəcəm” FOTOLAR
Xalq artisti Nurəddin Mehdixanlı Kəmalə Quliyevanın guya onun qızı olması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib və bu məlumatı yayanlara son dəfə xəbərdarlıq edib. SİA-ya açıqlama verən xalq artisti Kəmaləni heç vaxt qızı kimi qəbul etməyəcəyini bildirib: "Artıq bir neçə gündür ki, mənə qarşı sosial şəbəkələrdə və bəzi saytlarda mənəvi teror mexanizmi işə salınıb. Buna səbəb isə Kəmalə Quliyevanın dekalte ilə çəkilmiş xoşagəlməz şəkillərinin yerləşdirilməsi və altında da onun mənim qızım olduğu qeyd edilməsidir. Mən buna qəti şəkildə etiraz edirəm. Çünki yarıçılpaq şəkillərini təqdim edən və bu əməlləri ilə fəxr edən kim olursa olsun, mənim qızım ola bilməz. Əgər o kəs mənim qızımdırsa belə hərəkətlərə yol verməməli idi. Etirazımı gözləyirmiş kimi Kəmalə Quliyeva bütün saytlarda müsahibə verməyə, fikirlər bildirməyə başlayıb. Yarıçılpaq şəkillərini ortaya çıxardan kəsə qızım deyə bilmərəm. Onu heç vaxt qızım kimi qəbul etməyəcəm. Bu məsələdə özümü haqlı sayıram. Kəmalənin qardaşı Kamrandan soruşuram ki, bacının bu hərəkətlərini qəbul edirsənmi? O, isə cavabında "Hər kəsin gənclik xətaları ola bilər"-deyə cavab verib. Onu da deyim ki, keçmişdə hər kəsin günahı və səhvi ola bilər. Səbəbləri bilinmədən ömrünün çox hissəsini mədəniyyət aləminə qurban verən aktyoru mənəvi terror vasitəsi ilə qətil etmək nə dərəcədə doğrudur? Xüsusi ilə deyim ki, sözügedən xanımın nümayiş etdirdiyi sənədlər doğru da, yalan da ola bilər. Ancaq 30 ildən artıqdır ki, həmin sənədlər Kəmalə və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 ildə nə mən sizi, nə də ki, siz məni görmüsünüz. Əgər mən sizin yanınızda deyiləmsə o sənədləri göstərmək nəyə lazımdır? Bəlkə də Kəmalə Quliyeva nələrisə ümid edirdi. Amma o, bütün körpüləri uçurdu. Çünki Kəmalə məni sosial şəbəkələrdə ağır təhqir etdirdi, alçatdı və söydürdü. Amma bilin ki, mən sizin düşməniniz deyiləm. Gün gələcək ki, sizi mənə qarşı yönəldənlər yox olacaqlar. Kəmalə, o vaxt peşman olacaqsan. Əslində səni yaxşı başa düşürəm. Seriallara çəkilmək üçün adımdan istifadə etdin. Bir çox seriallara çəkilə bilərsən. Ancaq atan dediyin Nurəddin Mehdixanlı sənin üçün ölüb.
Nəzərinizə çatdırım ki, ailəm 5 nəfərdən ibarətdir. 1988-ci ildə dünyanın ən sədaqətli xanımı ilə ailə həyatı qurmuşam. Onun üçün hər an həyatımı qurban verməyə hazıram. İki qızım, bir oğlum var. Onların əxlaq və tərbiyələri bizi tanıyanlara bəllidir. Bu ailənin birliyi və bütövlüyünə heç kim xələl gətirə bilməz.
Ən sonda deyim ki, Azərbaycanda şərəf və ləyaqətin təhqir olunmasına görə qanunlar mövcuddur. Bəzi saytlarda təhqir olunmağımın dayandırılmasını tələb edirəm. Bu mənəvi ziyana görə, səhhətimdə ciddi problemlər yaşanarsa, lazımsız xəbərləri yazan saytlar məsuliyyət daşıyacaqlar".

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB