Azərbaycanın əfsanəvi aktyorlarından olan xalq artisti Ələddin Abbasov 90 illik yubileyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən ona verilən evi 2 ildir ala bilmir. SİA-ya özəl açıqlama verən 92 yaşlı sənətkar bildiri ki, 2012-ci ildə 90 illik yubiley tədbirinin sonunda Elmar Vəliyev onda "sənə nə şərait yaradım?" deyə soruşub. Xalq artisti isə cavabındai, qızının evində yaşadığından mənzilə ehtiyacı var. İcra Hakimiyyətinin başçısı isə bildirib ki, 2 gün ərzində Gəncənin Gülüstan qəsəbəsində ikiotaqlı mənzillə təmin olunacaq. Mənzilin verilməsiylə bağlı sərəncam Ə.Abbasova təqdim ediləndən sonra məlum olub ki, Gülüstan qəsəbəsindəki köhnə binalardan birinin beşinci mərtəbəsindəki ikiotaqlı uçuq-sökük mənzil başqa adama məxsusdur: "Məlum oldu ki, evin sahibi bir şəhid ailəsidir. Halbuki əlimizdə icra başçısının mənzilin verilməsiylə bağlı sərəncamı var. Bir dəfə nəvəm Samir Elmar Vəliyevlə görüşmək istəyəndə humanitar məsələlər üzrə müavin Nizami Hacıyev və mədəniyyət və turizm idarəsinin rəisi Sənan müəllim deyib ki, narahat olma özümüz bir həftəyə məsələni həll edəcəyik. Bu söhbət 10 gün bundan əvvəl olub. İki gün əvvəl nəvəm yenidən Sənan müəllimlə görüşüb. O da nəvəmin yanından hüquq şöbəsinin müdirinə zəng vurub. İki ildir bizi dolayan elə həmin hüquq şöbəsidir. Şöbənin rəis deyib ki, əlimdə yeni ev var, Elmar müəllim desin, iki günə mənzili Ələddin Abbasova verəcəyik".
Bundan sonra xalq artisti dəfələrlə Elmar Vəliyevin qəbuluna düşmək istəsə də, cəhdləri alınmayıb: "Neçə dəfə görüşmək istədik, bizi qəbul etmədi. Nəyə görə getdiyimizi bildiklərinə görə qəbula yazmırlar. Bəlkə də heç Elmar Vəliyevin bu məsələlərdən xəbəri yoxdur".
yla kino və teatr sənətinin tarixinə həkk olunan Ələddin Abbasov 1922-c ilin may ayının 5-də Gəncədə anadan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB