Bu gün Qax rayonundakı S.Vurğun adına Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyi, Qax Rayon İcra Hakimiyyəti və Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə dövlət sifarişiylə "Yaddaş" studiyasında rejissor Kəmalə Musazadə tərəfindən çəkilmiş "Cavanşir" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Qaxda doğulub boya başa çatmış, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr olunmuş filmin təqdimatında qəhrəmanın yaxınları və doğmaları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə və bir sıra rayon ziyalıları, Cavanşir Rəhimovun anası çıxış edərək, belə filmlərin, tədbirlərin əhəmiyyətindən danışmış, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğunu, ehtiramla anıldığını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB